“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


09.07.2021  12:23 

Deputatın mandatdan məhrum edilməsi proseduru müəyyənləşdi





A+  A-

Milli Məclisinin İntizam komissiyasının səlahiyyətləri məlum olub.
XəzərNews.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisinin İntizam komissiyasının Əsasnamə layihəsində əksini tapıb.

İntizam komissiyası deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

İntizam komissiyasının səlahiyyətləri aşağıdakılardır:

- “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

- etik davranış qaydaları barədə deputatları məlumatlandırmaq;

- deputatın həyata keçirdiyi və həyata keçirməyi nəzərdə tutduğu fəaliyyətin “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunun tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədiyi məsələyə dair rəy vermək;

- deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi məsələ barədə rəy vermək;

- deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar barəsində verilən məlumata dair rəy vermək;

- Daxili Nizamnaməyə əsasən, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

- Daxili Nizamnaməyə əsasən, Milli Məclis sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud deputatın səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsinə dair rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Deputatın toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına Milli Məclisin sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar baş verdikdə Milli Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından məhrum edilməsinə dair rəy qəbul edib Milli Məclisin sədrinə təqdim etmək;

- Daxili Nizamnaməyə əsasən, Milli Məclisin iclasının stenoqrammı rəsmi dərc olunanadək deputatın öz çıxışının mətni ilə tanış olması ilə bağlı yarana bilən mübahisələri və həmin mətnə dair fikir ayrılıqlarını həll etmək;

- deputat barəsində intizam icraatı başlamaq və ona xitam vermək;

- görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin sədrinə məlumat vermək;

- Daxili Nizamnamədə və bu Əsasnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək;

İntizam Komissiyası ondan asılı olmayan səbəblərdən deputata maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verilməsi barədə deputatın məlumatına əsasən “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələrin Milli Məclisin Aparatına akt üzrə təhvil verilməsinə nəzarət edir.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Xəbər 2111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +