Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.06.2021  19:13 

Azərbaycanın 2050-ci ilə qədər əhali proqnozu hazırlanıb





A+  A-

Demoqrafik inkişafın perspektivləri, həmçinin əhali proqnozları ilə bağlı dolğun məlumatlar sosial-iqtsadi inkişaf proqramlarının hazırlanmasında mühüm önəm kəsb edir. BMT Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə əməkdaşlıq müstəvisində bu sahədə önəmli işlər aparılır.
XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edilən Universitetin professoru, beynəlxalq ekspert Tomaş Kuçera ilə videokonfrans formatında keçirdiyi görüşdə bildirib. Görüşdə BMT Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fərid Babayev və Nümayəndəliyin əməkdaşları da iştirak edib.

Nazir ölkədə müsbət demoqrafik meyllərin davamlı xarakter aldığını, əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. O, hər il doğulanların sayının, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artdığını və müsbət miqrasiya saldosunun davam etdiyini qeyd edib.

S.Babayev bildirib ki, əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması, dolğun proqnozlaşdırma sisteminin yaradılması sahəsində əməkdaşlıq məqsədilə hələ 2019-cu ilin dekabr ayında Nazirliklə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və Nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Karlov Universiteti də cəlb edilərək demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi, eləcə də bu sahədə milli kadr potensialının formalaşdırılması sahəsində birgə işlər aparılır. Artıq mövcud və perspektiv demoqrafik inkişaf meyilləri nəzərə alınmaqla Azərbaycanın 2050-ci ilə qədər əhali proqnozu hazırlanıb.

F.Babayev uğurlu davamlı inkişaf üçün təkmil institusional yanaşmalara əsaslanan demoqrafik proqnozlaşdırma sisteminin yaradılmasının önəmini qeyd edib. Əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişikliklərin nəzərə alınmasının gələcək inkişaf üçün atılacaq addımların müəyyən olunmasında vacibliyini, bu sahədə BMT Əhali Fondunun əməkdaşlıq müstəvisində dəstəyini diqqətə çatdırıb.

T.Kuçera ölkəmizdə bağlı əhali proqnozlarının hazırlanması işlərində iştirak edərək öz töhfəsini verməkdən məmnunluğunu bildirib. Sonra əhali proqnozunun hazırlanması işlərinin yekunlarına dair T.Kuçera tərəfindən təqdimat edilib.

Təqdim edilən proqnozda ölkə əhalisinin cari inkişaf mənzərəsi əks olunmaqla, əhalinin sayı, yaş və cins strukturunda gələcək dəyişikliklərin qiymətləndirilməsi aparılıb.

Xəbər 1666 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +