AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.06.2021  19:42 

“Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin Avropadakı rəqibi bilindi





A+  A-

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Ağdam klubu ilk oyununu evdə keçirəcək

"Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.

"Neftçi"nin də Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. "Ağ-qaralar" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək. Bu, baş versə, "Neftçi" ilk oyunu Bakıda keçiricək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Xəbər 1841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +