İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.06.2021  17:42 

Yasamal məhkəməsindən Abel Məhərrəmovun işi ilə bağlı açıqlama





A+  A-

Yasamal rayon məhkəməsi Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı qərarında sonradan dəyişdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Məhkəmədən XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, iddiaçı Mirzəyev İsmixan Salman oğlunun cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğluna və Ramazanlı Nəbi Əhməd oğlundan 811.000 manat pul tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilib. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Mirzəyev İsmixan Salman oğluna aid edilib.

Hakim Vahid Hacıyevin qəbul etdiyi qətnamə iddiaçı Mirzəyev İsmixan Salman oğlunun, cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğlunun və Ramazanlı Nəbi Əhməd oğlunun nümayəndələri və vəkilləri Əfəndiyev Altay Seid oğlunun iştirakı ilə elan edilib.

Qətnamədən çıxarışlar tərəflərə müvafiq qaydada təqdim edilib, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsaslandırılmış qətnamənin 10 gün müddətində tərəflərə təqdim ediləcəyi bildirilib.

İşə baxılması və qətnamənin elan edilməsi məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “AZ-Femida” sistemi vasitəsilə həyata keçirilib və arxivləşdirilməklə mülki işə əlavə edilib.

Yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə 11.06.2021-ci il tarixdə iddiaçı Mirzəyev İsmixan Salman oğlu məhkəməyə dəvət olunub və mülki iş üzrə “AZ-Femida”nın çəkdiyi və arxivləşdirilmiş audio-video yazıya məhkəmə zalında baxış keçirilib və hakimin qətnaməni elan edərkən iddianı rədd etdiyi bildirdiyini təsdiq edib. Bu barədə müvafiq sənədə də imza atıb.

İddiaçı Mirzəyev İsmixan Salman oğlu bildirib ki, qulağı yaxşı eşitmədiyinə görə qətnamə elan edilərkən səhv anlayıb və iddianın təmin edildiyini düşünüb.

Hakimin əvvəlcə iddia təmin etməsi, sonradan rədd etməsinə dair yazılanlar həqiqəti əks etdirmir. Bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir və hakimlərə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir. Odur ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini dərc olunan xüsusatları tam, hərtərəfli və obyektiv araşdırmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq.

Xəbər 1443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +