Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.06.2021  13:11 

Bakı metrosunda könüllülər xidmət göstərəcək





A+  A-

UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar Bakı metropolitenində könüllülər xidmət göstərəcək.
"Bakı Metropoliteni" QSC-dən XəzərNews.az-a verilən məlumata görə, yarış proqramına uyğun olaraq, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.

Rəsmi məlumata görə, Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində 30 könüllü seçilib:

"Onlar futbol oyunlarının keçirildiyi günlərdə “Koroğlu” stansiyası ilə yanaşı, şəhər mərkəzinə yaxın daha 6 metro stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) fəaliyyət göstərəcəklər. Könüllülərin cəlb edilməsində əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmti rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının yüklənməsini və istifadə qaydalarının izah olunmasını təmin etməkdir. Lazım gəldikdə, sərnişinlərə digər faydalı məlumatlar, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi, paytaxtın sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar da veriləcək".

Bildirilib ki, könüllülərə müvafiq təlimat keçilərək, iş qrafikləri müəyyən olunub:

"İkinövbəli rejimdə çalışacaq gənclər sərnişinlərə xidmət göstərəcəkləri stansiyalarla tanış olublar. Onlar üzərində "Ask me" (tərcüməsi – "Məndən soruş") yazılmış xüsusi geyimlərdə olacaq, sərnişinin yaddaş kitabçası, şəhər, metropoliten və Avropa çempionatı ilə bağlı digər vəsaitlərlə təmin ediləcəklər".

Xəbər 3491 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +