Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.06.2021  16:23 

DİM bu şəxslərə müraciət etdi





A+  A-

2021-ci il iyun ayında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin xarici dillər üzrə fəlsəfə doktoru imtahanları əvvəlki qaydada - dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olmaqla təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a bildirilib ki, proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.

Lakin gələcəkdə imtahan verəcək namizədlər (iddiaçılar) nəzərə almalıdırlar ki, xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq iştirakçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da növbəti imtahanlardan etibarən danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.

Xəbər 3734 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +