Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.05.2021  13:22 

Quterreş BMT sülhməramlılarına müraciət etdi





A+  A-

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq BMT sülhməramlıları günü ilə əlaqədar müraciət yayıb.
XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

"Beynəlxalq BMT Sülhməramlıları Günü münaqişənin ön xəttində xidmət etmiş bir milyondan çox qadın və kişinin fəaliyyətini yüksək dəyərləndirir, eləcə də vəzifə başında həyatını itirən 4 mindən çox insanın xatirəsini yad edir. Onların xidməti və fədakarlığı heç vaxt unudulmayacaq.

Mən, çətin durumda olanları qorumaq və sülhün bərqərar edilməsi üçün dünyanın ən qaynar nöqtələrində hazırda fəaliyyət göstərən 85 min mülki, polis və hərbi qulluqçulara dərin minnətdarlığımı bildirirəm. Pandemiyanın yaratdığı məhdudiyyətlərə, eləcə də yoluxma riskinə baxmayaraq, bu kişi və qadınlar öz missiyasını yerinə yetirməklə bərabər COVID-19-la mübarizədə yerli hakimiyyət orqanlarını dəstəkləyiblər. Bu dəhşətli xəstəliyin qurbanı olmuş sülhməramlıların ailələrinə səmimi qəlbdən başsağlığı verirəm.

Bu il Beynəlxalq BMT Sülhməramlıları Gününün əsas mövzusu gənclər, sülh və təhlükəsizlik məsələlərinə həsr olunub. Sülhməramlılarımızın çalışdığı hər bir ölkədə yalnız gənclərin fəal iştirakı ilə sülhə nail olmaq mümkündür. Onların ehtiyaclarını qarşılamaq, səslərinə səs vermək və qərar qəbul etmə masalarında iştirakını təmin etmək üçün dünya daha çox iş görməlidir.

Bizim missiyalar zorakılığın azaldılması və sülhün dayanıqlı olması üçün gənclərin, xüsusilə də gənc qadın və qızların müdafiəsi və dəstəklənməsi işində mühüm rol oynayır. Konqo Demokratik Respublikasında fəaliyyət göstərən MONUSCO sülhməramlı missiyamız zorakılığa əlverişli və dayanıqlı alternativlər təqdim etmək üçün silahlı qruplara qoşulmaq ehtimalı olan gənclərlə yaxından işləyir. Cənubi Sudanda gənc qrupların sülh proseslərinə cəlb edilməsi beynəlxalq və milli iştirakçılar arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Mərkəzi Afrika Respublikasında və Malidə MİNUSCA və MİNUSMA son seçkilərdə seçicilərin sayını artırmaq üçün gənclərlə sıx əməkdaşlıq ediblər.

Gənc sülhməramlılar, xüsusilə də gənc qadın sülhməramlılar bizim ən üstün cəhətlərimizdən sayılır. Onlar dərin kök atmış cinsi stereotiplərin qırılmasına hər gün töhfə verirlər, habelə gənc qadınları və qızları fərqli yol və imkanlar axtarmağa ruhlandırırlar.

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı fəaliyyəti dünyanın ən təhlükəli yerlərində sülhün bərqərar olunmasına kömək edir. Bu gün və hər gün cəmiyyətlərin müharibəyə son qoyub daha təhlükəsiz və daha sabit gələcəyə doğru getmələrinə göstərdiyi köməkliyə görə sülhməramlılarımızın fədakarlıq və cəsarətini alqışlayırıq".

Xəbər 1104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +