Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


17.05.2021  16:22 

Qarabağa getmək üçün icazə necə verilir? - DİN açıqladı





A+  A-

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə icazəsiz keçmək istəyənlərin sayı artmaqdadır.
Müharibə bitdikdən sonra ərazilərdə minaların və partlamamış döyüş sursatlarının olması nəzərə alınaraq vətəndaşların sərbəst girişinə icazə verilmir. Ancaq demək olar hər gün Qarabağa icazəsiz gedənlərlə bağlı rəsmi məlumatlar yayılır.

Rəsmi məlumata görə, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Məlumdur ki, illərdir torpaq həsrəti ilə yaşayan insanlar qısa müddətdə dədə-baba yurdunu görmək istəyirlər. İşğaldan azad edilən ərazilərə səfər arzusunu gerçəkləşdirmək üçün nə etmək lazımdır? Müvafiq icazələr necə verilir?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ərazilərə giriş-çıxışı tənzimləmək üçün müvafiq postlar fəaliyyət göstərdiyini bildirib:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatları təhlükəsi ilə bağlı təmizləmə işləri aparılır. Bu səbəbdən ərazinin təhlükəli vəziyyəti nəzərə alınaraq ayrı-ayrı şəxslərin ərazilərə buraxılmasına və sərbəst hərəkətinə icazə verilmir. Bununla bağlı müvafiq stansionar postlar qurulub. Həmin postlar işğaldan azad edilmiş ərazilərə daxil olan şəxslərin icazəsinin olub-olmadığını yoxlayır”.

Elşad Hacıyev həmin ərazilərə kimlərin girişinə icazə verildiyini də deyib:

"Ərazi minalardan təmizləndikcə həmin ərazilər nəzarətə götürülür. Nəzarətə götürülən ərazilər isə müvafiq dövlət qurumlarına, orada infrastruktur lahiyələri icra edən qurumların ixtiyarına verilir ki, iş aparılsın. Həmin ərazilərdə hazırda yenidənqurma və infrastruktur lahiyələri icra edilir. Buna görə də orada müvafiq infrastruktur lahiyələrin icrasında və nəzərdə tutulan işlərin həyata keçirilməsində çalışan şəxslərin buraxılmasına icazə verilir”.

DİN rəsmisi işğaldan azadl edilmiş ərazilərə getmək istəyən şəxsləri bir az daha səbrli olmağı tövsiyə edib:

"Hazırda ərazinin təhlükəli olmasını nəzərə alaraq, o yerlərə getmək arzusunda olan şəxslərə tövsiyə edirik ki, bir qədər də səbrli olsunlar. Ərazilər tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra vətəndaşların həmin yerlərə buraxılmasına tam şərait yaradılacaq”.

Xəbər 2849 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +