Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


15.05.2021  12:46 

Çində yeni koronavirus ocaqları aşkarlanır





A+  A-

Çinin Lyaonin vilayətinin şimal-şərqində yerləşən və təxminən 2,3 milyon əhalisi olan İnkou şəhərində iki koronavirusa yoluxma və üç asimptomatik yoluxma faktı aşkar olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə şəhərin Gigiyena və Sağlamlıq Komitəsi açıqlama yayıb. Yoluxanların hamısının eyni müəssisənin işçiləri olduğu bildirilir. Hazırda İnkou sakinlərinə şəhəri tutarlı səbəb olmadan tərk etməmək tövsiyə olunur.

Çinin digər bir əyaləti Anhoyda isə ötən gün 3 yoluxma faktı aşkarlanıb. Epidemioloji araşdırmanın nəticələrinə görə, yoluxanlardan biri əyalətə Dalian (Lyaonin əyaləti) şəhərindən gəlib. Bundan sonra epidemioloqlar infeksiyanın məhz bu əyalətdən başlandığını irəli sürüblər.

Mütəxəssislər İnkou şəhərində xəstələrlə təmasda ola biləcək 265 şəxs müəyyən ediblər. Onlardan beşinin koronavirus testi müsbət nəticələnib. Hazırda 217 nəfər karantinə alınıb. İnkou rəhbərliyi şəhərin çıxış yollarını bağlayıb.

Çin Xalq Respublikasının Dövlət Gigiyena və Sağlamlıq Komitəsinin cümə günü verdiyi məlumata görə, ölkə səlahiyyətliləri üç həftə ərzində ilk dəfə Çinin Anhoy əyalətində lokal mənşəli yoluxma faktları təsbit ediblər.

Ümumilikdə, hazırda Çində 34 yerli mənşəli yoluxma faktı aşkarlanıb. Onlardan dördü Anhoy əyalətində, ikisi Lyaonində, qalan 28-i isə Myanma ilə sərhəddə yerləşən Yunnan əyalətindəki Ruili şəhərində aşkarlanıb.

Xəbər 3284 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +