İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.05.2021  10:56 

Azad olunmuş ərazilərdə məskunlaşma nə vaxt başlanacaq?





A+  A-

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu, rəşadətli əsgərlərimiz erməni işğalında olan torpaqlarımızı azad etdi və xalqımıza unudulmaz zəfər sevincini yaşatdı. Beləliklə, 30 ildir, məcburi köçkün statusu altında yaşayan vətəndaşlarımız artıq bu ağır dərddən qurtuldular. Ancaq onların yurd-yuvalarına qayıtması bir az zaman alacaq. Bunun səbəbi erməni daşnaqlarının öz vəhşiliklərini hər yöndə nümayiş etdirməsidir.
Hazırda prezidentin göstərişi ilə azad edilmiş ərazilərdə quruculuq tədbirlərinə start verilib və işlər sürətlə aparılır ki, soydaşlarımız məmləkətlərinə tez bir zamanda dönə bilsinlər.

XəzərNews.az-ın məlumatına görə, qurucluq işlərinin gedişatı ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Qarabağda məskunlaşma, yəni “Böyük qayıdış” planı dörd mərhələni əhatə edir. Deputatın sözlərinə görə, iki mərhələ hazırda icra olunur:

“Həmin mərhələlər minalardan təmizlənmə və infrastrukturun formalaşması işləridir. İnzibati və sosial binanın inşa edilməsi üçüncü, məskunlaşmanın reallaşması isə dördüncü mərhələdir. Daha çox yerli infrasruktur layihələrinin icra olunması müşahidə olunur. Nəzərə alsaq ki, 2021-ci ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin bərpası üçün 2,2 milyard manat nəzərdə tutulub, həmin vəsaitin ayrılması da həyata keçirilir. Füzulidəki beynəlxalq hava limanının, “Zəfər yolu”nun inşası və Horadiz-Zəngilan, Hadrut-Cəbrayıl-Şükürbəyli yollarının tikintisi və dəmiryolu xəttinin genişləndirilməsi layihələri həyata keçirilir. Enerji və digər kommunal xidmətlər qurulur, artıq Şuşa və Hadrut şəhərlərinin enerji təminatı həyata keçirilib. Digər işğaldan azad olunmuş bölgələrimizdə enerji təminatının ilin sonunadək tamamlanması nəzərdə tutulur. İnfrastrukturun tam formalaşması növbəti 3 ildə başa çatacaq. Daha sonra inzibati və sosial binaların inşası və məskunlaşma prosesi həyata keçiriləcək”.

V.Bayramov quruculuq işlərində özəl sektorların iştirak etdiyini də söyləyib:

“İnfrastruktur layihələrində özəl sektorlar iştirak edir. Bu işlər xarici və yerli özəl şirkətlər tərəfindən reallaşdırılır. Yolların çəkilməsi və digər infrastruktur layihələrində özəl sektorlarla yanaşı, orada məskunlaşan sakinlər də iştirak edir”.

Xəbər 2655 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +