Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


02.05.2021  15:53 

İrana qarşı sanksiyaların ləğvi barədə ilkin razılıq əldə olundu





A+  A-

İranın bir çox hüquqi və fiziki şəxslərinin adlarının ABŞ-ın sanksiyalar siyahısından çıxarılması haqqında razılıq əldə olunub.
XəzərNews.az xəbər verir ki, bu sözləri Vyanada nüvə proqramı ilə əlaqədar Avropa dövlətləri ilə aparılan danışıqlara rəhbərlik edən İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib. O bildirib ki, danışıqlar davam edir və növbəti mərhələdə enerji sahəsinə tətbiq olunan sanksiyaların aradan qaldırılması müzakirə olunacaq.

Onun sözlərinə görə neft, qaz, maşınqayırma, maliyyə və başqa sahələrə tətbiq olunan sanksiyalar müzakirə olunacaq. Əslində bu sahələrə tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün ümumi razılıq əldə olunub. Lakin məsələnin detalları müzakirə edilməlidir.

Nazir müavini nəzərə çatdırıb Vyanada aparılan danışıqlar konstruktiv formada davam edir.

Nəzərə çatdıraq ki, ABŞ-ın birbaşa iştirakı olmasa da Vyanada İran nümayəndə heyəti ilə Rusiya, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri görüş keçirir.

Xəbər 1234 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +