Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.04.2021  12:29 

“Şəmkir işi”ndə Rövşən Əkbərovun da adı keçir





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin motivi məlum olub.
XəzərNews.az xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir.

Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Məlumata görə, A.Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Şəmkir şəhərində “20 yanvar” abidəsinin ətrafında salınmış park da sonradan “Park Kolizey” MTK-nın çoxmərtəbəli yaşayış binası tikməsi üçün ayrılıb. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir.

Məlumata görə, tikintiyə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova verib.

Həmin binadan əlavə 4 otaqlı bir mənzili isə rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib. Veyis Xəlilov həmin parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib, ilkin dindirilmə zamanı bunu etiraf edib.

Famil Xəlilov öz ətrafında həm də ikinci adı olan Veyis Xəlilov kimi tanınır.

Alimpaşa Məmmədov şirkət rəhbəri Veyis Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb. Belə ki, ətrafında hərbi hissənin yerləşməsi nəzərə alınaraq Şəmkir Korpusunun o vaxtkı komandiri, hazırda həbsdə olan general Rövşən Əkbərov binanın 6 mərtəbəli olmasına razılıq verib. Lakin icazə verilən sənəddə 6 mərtəbə olması nəzərdə tutulan binanın tikintisi hərbi obyektlərlə bağlı normativ pozularaq 9-cu mərtəbədə yekunlaşıb.

A.Məmmədovdan 1,4 milyon dollara park alan Veyis (Famil) Xəlilov “MTN işi” zamanı həbs edilən general Akif Çovdarovla da yaxın əlaqələrinin olduğu bildirilir. İddiaya görə, onun Alimpaşa Məmmədovla münasibətləri də MTN xətti üzərindən reallaşıb.

Rəsmi açıqlamaya görə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək alıb.

Xəbər 2184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +