Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


16.04.2021  09:45 

Bayden Putinə şəxsən görüşməyi təklif edib





A+  A-

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə şəxsən görüşməyi təklif edib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin özü bildirib.

“Prezident Putinə şəxsən və birbaşa ünsiyyətin daha təsirli münasibətlər üçün lazım olacağına əminliyimi ifadə etdim, o bununla razılaşdı”, - Bayden Ağ Evdə Rusiya ilə bağlı siyasətə həsr olunmuş çıxışında deyib.

“Bununla əlaqədar olaraq, ölkələrimizin qarşılaşdığı bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”, - Ağ Ev rəhbəri əlavə edib.

Onun sözlərinə görə, komandalar hazırda bu imkanı müzakirə edirlər.

Bayden yüksək səviyyəli görüş çərçivəsində strateji sabitlik üzrə dialoqun başlamasını da təklif edib.

Xəbər 1316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +