“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


29.03.2021  14:57 

Dünyada heç vaxt indiki qədər əkiz olmayıb





A+  A-

Fransanın “Liberation” qəzetində “Dünyada heç vaxt indiki qədər əkiz olmayıb” başlıqlı yazı dərc edilib.
XəzərNews.az-ın Novator.az-a istinadən verdiyi məlumata görə, alimlər 1980-1985-ci illərdə və bundan otuz il sonra – 2010-2015-ci illərdə dünyada neçə əkiz uşağın doğulduğunu araşdırıblar.

Araşdırma Böyük Britaniyanın Milli Təbii Tarix Muzeyinin və Milli Demoqrafik Tədqiqatlar İnstitutunun işçisi, professor Jil Pizonun, Oksford Universitetinin alimi Kristian Mondenin və Hollandiyanın Radbaud Universitetinin əməkdaşı Jeroen Smitsin başçılığı ilə aparılıb.

Aydın olub ki, otuz ildə dünyada əkiz doğulan uşaqların sayı 30 faizdən çox artıb.

1980-ci illərdə Yer üzündə doğulan 1000 uşaqdan 9,1-i əkiz olub.

2010-cu illərdə bu göstərici artıb, hər 1000 uşaqdan 12-si əkiz doğulub.

Hazırda dünyada hər il 3,2 milyon əkiz uşaq doğulur. Yəni il ərzində Yer kürəsində baş verən doğuşların 1,6 milyonunda əkizlər dünyaya gəlir. Bu isə hər 40 doğuşun birində əkiz uşaqların dünyaya gəlməsi deməkdir.

Hər il doğulan 3,2 milyon əkiz uşaqdan 1,3 milyonu Afrika qitəsində, təxminən bir o qədəri də Asiyada dünyaya göz açır. Əkizlərin qalanı, yəni 600 mini digər qitələrdə doğulur.

Afrikada əkiz uşaqların sayının çox olması bu qitədə doğum sayının digər qitələrə nisbətən iki-üç dəfə artıq olması ilə izah edilir.

Ancaq doğulan uşaqların ümumi sayına nisbətdə götürəndə əkizlərin sayına görə digər qitələr Afrikadan geri qalmır. 1980-ci illərdə geri qalırdı. Məsələn, o zaman Avropada və Şimali Amerika doğulan əkizlərin sayı Afrikadakından iki dəfə az idi. 30 il ərzində vəziyyət dəyişib, fərq xeyli azalıb. İndi Avropada və Şimali Amerikada doğulan əkizlərin sayı Afrikadakı göstəriciyə çatmaq üzrədir.

Hazırda Afrikada doğulan hər 1000 uşaqdan 17,1-i əkizdir. Şimali Amerikada bu göstərici 16,9, Avropada 14,4-dür. Bütövlükdə dünya üzrə göstərici isə, qeyd etdiyimiz kimi, 12-dir.

Bəs əkizlərin sayının artması nə ilə əlaqədardır?

Alimlər hesab edirlər ki, səbəb reproduktiv texnologiyalar vasitəsilə süni mayalanmaların həyata keçirilməsi və əvvəlki dövrlərə nisbətən indi qadınların yaşlı çağda hamilə qalma imkanlarının genişlənməsidir.

1970-ci illərdə reproduktiv texnologiyaların köməyilə yalnız inkişaf etmiş ölkələrdə uşaq doğmaq mümkün idi. İndi isə belə texnologiyalar bütün dünyada yayılıb və anaların yaşı da artıb.

Mütəxəssilər doğuşlarda əkizlərin sayının çoxalmasından narahatlıqlarını da qeyd edirlər. Çünki əkiz uşağa hamilə qalanda erkən doğuş və körpələrdə çəki azlığı kimi hallar baş verə bilər. Bu isə doğulan uşaqların tələf olması riskini yarada bilər. Əkiz uşaq doğularkən valideynlərin eyni vaxtda iki körpəyə qulluq etməsi də bəzi çətinliklər yaradır.

Professor Pizon əkiz hamiləlik ehtimalının 37 yaşda ən yüksək həddə çatdığını vurğulayır.

Xəbər 1737 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +