Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


27.03.2021  15:08 

“Bu, COVAX-a olan inamın itməsinə gətirib çıxarır” - Ekspert





A+  A-

"Vaksinin tapılması COVID-19 virusu ilə mübarizədə ən böyük nailiyyətlərdən biri idi. Bununla milyonlarla insanın həyatı xilas ediləcəkdi. Lakin əsas peyvənd şirkətləri tərəfindən tapılan peyvəndin texniki müvəffəqiyyətinə baxmayaraq, dünyada 8 milyard insanın iki doza vaksinlə mümkün qədər tez peyvənd edilməsi tələbi və irəli sürülən miqyasın böyüklüyü paylanışda çətinliklər yaratdı".
XəzərNews.az xəbər verir ki, bunu AzərTAc-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib.

"Vaksinin olduğu bir dünyada hər gün minlərlə insan virus səbəbindən həyatını itirir, ötən gün ölkəmizdə də COVID-19 testi müsbət çıxmış 24 nəfər insan eyni gündə həyatını itirib. Kimisi anasını, atasını, ən yaxın ailə üzvünü itirdi. Bu, sadəcə fəlakətdir. Hansısa qurumların vaksin bölgüsünü siyasi oyunlarının alətinə çevirməsi nəticəsində insanlar həyatını itirir və bu, onları narahat etmir.

Ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılan COVAX təsisatı vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasına məsul qurum kimi BMT-yə üzv olan 189 ölkəni vaksinlə təmin edəcəyi vədi versə də, hazırda görürük ki, bu vədlərə düzgün əməl olunmur. Razılaşmaya görə 92 kasıb və aşağı gəlirli ölkə isə peyvəndi COVAX-a toplanan vəsait hesabına çox ucuz və ya pulsuz əldə edəcəkdi. 2021-ci ilin vaksinasiya hədəfinə çatmaq üçün sxemə görə ən azı 2 milyard dollar lazım olduğu halda, COVAX daha artıq, 6 milyard dollar toplayıb.

ÜST tərəfindən bildirilmişdi ki, zəngin dövlətlər ikitərəfli razılaşmalara üstünlük verir və vaksini COVAX vasitəsilə deyil, birbaşa istehsalçı şirkətdən almaq istəyirlər. Bu səbəbdən vaksin şirkətləri bütün dozalarını COVAX-a təhvil vermirlər, birbaşa dövlətlərə satırlar. ÜST bütün dövlətləri COVAX vasitəsilə vaksin almağa çağırmışdı.

Ancaq görünür ki, planlaşdırdığından artıq vəsait toplamasına baxmayaraq, COVAX-ın vaksin bölüşdürmə siyasəti də uğursuz olub. COVAX Azərbaycan tərəfinə bildirmişdir ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Maraqlısı odur ki, COVAX tərəfindən qonşu Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılsa da, ölkəmizə hələ də gəlib çatmayıb. Digər tərəfdən isə bir müddət öncə COVAX ilk etap paylanışlar üçün lazım olan qədər vaksin ehtiyatı topladığını açıqlamışdı.

Təbii ki, burada ikili standartların tətbiq edilməsi aydın hiss olunur. Azərbaycan hər zaman birlik və həmrəyliyi təbliğ edən ölkə olaraq tanınıb. Pandemiyanın ilk günlərindən ÜST-ə dövlətimiz tərəfindən 5 milyon dollar əlavə vəsait ayrılmışdı, bir sıra ölkələrə də ianə və tibbi təchizat yardımı edilmişdi.

Müqayisə aparsaq, COVAX kimi eyni məqsədlərlə yaradılmış QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fonda dövlətimiz tərəfindən dünyada 2021-2023-cü illərdə adı çəkilən infeksion xəstəliklə mübarizənin dəstəklənməsi məqsədilə 20 milyon dollar vəsait ianə olunmuşdur. Fond orta və aşağı gəlirli ölkələri QİÇS, vərəm və malyariya əleyhinə dərman preparatları, laborator avadanlıq və digər xidmətlərlə təmin etmək üçün vəsaiti ölkələr arasında bölüşdürür. Maraqlısı odur ki, Azərbaycan hökuməti bir dəfəyə fonda 20 milyon dollar vəsait ödəsə də, ölkəmizə Fond tərəfindən 17 milyon dollar vəsait hər il üçün hissə-hissə ianə edilir. Ukrayna hökuməti isə bu fonda üç il üçün yalnız 80 min dollar ianə etsə də, Fond isə Ukraynaya 118 milyon dollar vəsait ianə edib. Bu da, qlobal hərəkatların ədalətsizliyinin digər bariz nümunəsidir.

Qeyd etmək istərdim ki, Azərbaycana verilən vədlərin vaxtında yerinə yetirilməməsi COVAX-a olan inamın itməsinə gətirib çıxarır. Belə olan halda, dövlətimiz tərəfindən qısa zamanda lazımi addımların atılacağına və vaksin sifarişlərini tezləşdirmək məqsədilə alternativ həll yollarının tapılacağına inanırıq", - deyə P. Vəliyeva əlavə edib.

Xəbər 3020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb


BÜTÜN XƏBƏRLƏR +