Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


27.03.2021  10:22 

Bolqarıstanda Rusiyaya casusluq edən 5 nəfər həbsdə qaldı





A+  A-

Bolqarıstanla Rusiya arasında münasibətlər yenidən gərginləşib.
XəzərNews.az xəbər verir ki, buna səbəb Bolqarıstanda aprelin 4-də keçiriləcək parlament seçkiləri ərəfəsində yenidən gündəmə gələn casus qalmaqalıdır.

Belə ki, pul qarşılığında Bolqarıstan Silahlı Qüvvələrinin modernizasiyası və ölkənin NATO ilə münasibətləri barədə Rusiya səfirliyinə məlumat satmaqda ittiham edilən 6 bolqardan 5-nin həbsdə qalması barədə qərar verilib

Bolqarıstan Hərbi Apellyasiya Məhkəməsində keçirilən prosesdə qeyd olunub ki, şəbəkənin lideri İvan İliyev və digər 4 şübhəli nəzarətdə qalacaq, etiraf edən digər üzv məhkəməyə qədər mühakimə olunacaq.

Prokurorluq tərəfindən 6 ay təqib altında saxlanılan şəbəkənin fəaliyyəti ilə bağlı məhkəməyə təqdim olunan 44 cildlik sənədlərə 4 cild də əlavə edilib.

Məhkəmədə şəbəkənin lideri, Bolqarıstan hərbi kəşfiyyatında xidmət edən İliyevin hərbi polis təqibindən qaçarkən Rusiyanın Sofiyadakı səfirliyinə sığınmağa çalışdığı açıqlanıb.

Məhkəmədə verilən məlumata görə, İliyev vəzifəsinə başlamazdan əvvəl keçmiş Sovet İttifaqı (SSRİ) dövründə həmin ölkənin hərbi kəşfiyyatında təhsil alıb. Şəbəkə tərəfindən toplanan məlumatları şəxsən Rusiyanın Sofiyadakı səfirliyinə gətirən İlieyvin həyat yoldaşı Qalina İliyevanın SSRİ Kəşfiyyat Baş İdarəsinin (GRU) keçmiş işçisi olduğu vurğulanıb.

Şəbəkə üzvləri arasında Bolqarıstan Müdafiə Nazirliyinin Büdcə İdarəsinin direktor müavini Petar Petrov, Parlamentin Gizli Sənəd Arxiv meneceri Lübomir Medarov və Hərbi Kəşfiyyat zabiti Dimitar Vlahov da var.

Baş Prokurorluğun mətbuat katibi Siyika Mileva əməliyyatla tutulan təşkilat rəhbərinin keçmiş hərbi kəşfiyyat məmuru olduğunu və Moskvada təhsil aldığını bildirib. Mileva Müdafiə Nazirliyində məxfi məlumatlara sahib olan personalla təmasda olduğu bildirilən bu şəxsin Sofiyadakı Rusiya səfirliyindəki diplomatlarla xüsusi təmaslarını sənədləşdirən video və səs qeydlərinə sahib olduğunu söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni “Bolqarıstanın başlatdığı cadu ovu” olaraq xarakterizə edib: “Bəzi Bolqarıstan siyasətçiləri casusluq mövzusundan öz gündəmlərini yaratmaq üçün istifadə edirlər. Bolqarıstan vətəndaşları bu cür qondarma siyasətçilərdən soruşmalıdırlar: Bolqarıstan xalqı üçün çalışdığınızı iddia etdiyiniz üçün özünüzü düşünmürsünüzmü? Rusiya ilə ikitərəfli münasibətlərimizi poza bilər və bu səbəbdən bir şey edə bilməzsiniz?!”.

Qeyd edək ki, son 2,5 ildə 7 rus diplomat Bolqarıstandan qovulub.

Xəbər 891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +