İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


23.03.2021  17:25 

AZAL-ın biletləri baha satması növbəti dəfə tənqid olundu





A+  A-

Azərbaycanda artıq uzun illərdir ki, AZAL aviaşirkətinin biletlərinin baha olması müzakirə olunmaqdadır.
XəzərNews.az xəbər verir ki, biletlərin baha olmasına görə dəfələrlə müxtəlif səviyyələrdə AZAL rəhbərliyi sərt tənqid edilib. Şirkətin inhisarçı mövqeyi sərnişinlərin cibinə ziyan vurur.

Koronavirus pandemiyasının yayılmasından sonra isə bilet qiymətlər daha da artıb. İstər xarici ölkədə yaşayan Azərbaycan vətəndaşları, istərsə də yerli vətəndaşlar bu bahalığa görə AZAL-la uçuş edə bilmədiklərini deyirlər.

İqtisadçı ekspert Natiq Cəfərli də bu günlərdə qiymətlərlə bağlı eksperiment apardığını sosial şəbəkədə bildirib. O qeyd edib ki, müqayisə üçün təsadüfi tarixlər seçib:

"5 apreldə İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir. Hörmətli AZAL əhli, siz inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərməyinizə görə Azərbaycan vətəndaşı niyə ərtaf ölkə vətəndaşlarından daha çox pul ödəməlidir?! Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet sataraq necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya da alır?!".

Xəbər 3168 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +