“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


01.03.2021  09:04 

Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb





A+  A-

Populyar “General de Europe" jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.
XəzərNews.az-ın "Report"a istinadən məlumatına görə, “Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən ilin sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyyatlara başlayıb.

Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ekspertin sözlərinə görə, Qarabağdakı separatçı rejimi müdafiə etmək və işğalçı orduya dəstək olmaq üçün yola çıxan fransızlar, əvvəlcə Ermənistan paytaxtında qəbul edilib, daha sonra isə müharibə əməliyyatlarının getdiyi ərazilərə çatdırılıb. Əslində isə erməni tərəfi onları geri qaytarmalı və döyüş bölgəsinə buraxmamalı idi. Çünki həmin şəxslərin əksəriyyəti erməni əsilli olsalar da, Fransa vətəndaşlarıdırlar. Lakin onlar bunun əksini ediblər.

Məqalədə bildirilir ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb Fransa Prokurorluğuna müraciət edib. Məhz Azərbaycanın səyi nəticəsində Fransaya qayıtdıqdan sonra potensial təhlükə mənbəyi olan vətəndaşlar barədə istintaq işləri başlanıb.

Hazırda Fransa sərhəd polisi Yerevandan gələn bütün sərnişinləri yoxlamadan keçirir və onları bölgədə qalma səbəbləri ilə əlaqədar sorğu-sual edir.

Xəbər 1833 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +