Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.02.2021  11:22 

Avtobus zolaqlarına bu halda girmək olar - Rəsmi





A+  A-

Məlum olduğu kimi, Bakıda son günlər Bakı Nəqliyyat Agentliyi tərəfindən bəzi küçə və prospektlərdə avtobus zolaqları ayrılıb. Bu zolağa daxil olan minik maşınlarının sürücüləri isə cərimələnir.
XəzərNews.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir: “Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.

Mən həm Bakı sakini, həm sürücü, həm də polis əməkdaşı kimi aidiyyatı quruma təklif edirəm ki, hazırda pandemiyaya görə şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyi üçün bu günlərdə də həmin zolaqlarda hərəkət sərbəst olsun. Lakin hazırda həftəsonu ilə bağlı qərar yoxdur”.

V.Əsədov qeyd edib ki, avtobus zolaqları üzrə qayda pozuntularının aşkarlanmasını yol polisi həyata keçirir: “Ərazidə quraşdırılan kameralar, yaxud xidmətdə olan yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına və quraşdırılan nişanlara uyğun olaraq qaydanı pozanlar, avtobus zolağına daxil olan sürücülər barəsində inzibati protokol tərtib edilir. Yanvar ayı ərzində 500-dən çox sürücü barəsində bu səbəbdən protokol tərtib edilib. Biz bir daha bildirmək istəyirik ki, yol polisi inzibati tənbeh tədbirindən daha çox təbliğata üstünlük verir. Sürücülərdən də xahiş edirik ki, qüvvədə olan yol hərəkəti qaydalarına uyğun hərəkət etsinlər”.

Xəbər 1999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +