Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.02.2021  14:11 

Daha bir hərbçimizin şəhid xəbəri gəldi





A+  A-

Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib. O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq: “Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib.

Xəbər 3857 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +