Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


12.02.2021  12:43 

Şuşa qalası bərpa olunur





A+  A-

Şuşa qalasının bərpa işlərinə başlanılıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, qala divarlarının bərpa prosesinə 22 mütəxəssis cəlb olunub.

İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verib və Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib.

Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.

Xəbər 3779 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +