Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.02.2021  20:27 

“Koronavirus keçirənlərin peyvəndlənməsi mümkündür”





A+  A-

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, xəstəlik keçirmiş insan üçün peyvəndləmə əks göstəriş deyil, istənilən halda onu etmək mümkündür”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib.

O qeyd edib ki, xəstəlik keçirən şəxslərin müəyyən qədər qoruyuculuğu var: “Virusa yoluxub sağalan şəxslərdə müəyyən müddətdən sonra o immunitet azala bilər. Hazırda 6 ay əvvəl xəstəlik keçirən şəxslər peyvənd olunurlar. Lakin virusa yoluxanlar peyvəndləmə sırasında axırıncı yerdə dayanırlar. Əvvəlcə risk qrupuna daxil olan insanlar peyvənd olunmalıdır”.

T. Eyvazov əlavə edib ki, koronavirus peyvəndi ona görə vurulur ki, insanlar əvvəlki həyatlarına qayıtmaq istəyir. Tam qalib gəlməsək belə, peyvəndləmə ilə epidemiyanın qarşısı alına bilər.

Xəbər 3542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +