Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.02.2021  12:54 

Avtoxuliqanlıq edənlər inzibati qaydada həbs edildi





A+  A-

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, rayon sakinləri Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib. K. Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Xəbər 4043 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +