XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


07.02.2021  09:18 

“Ankaraya qarşı bütün mümkün metodlardan istifadə olunur“ - Ərdoğan





A+  A-

“Türkiyə bu gün təkbaşına dünyanın meqa layihələrinin yarıdan çoxunu həyata keçirir”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə uzun müddət məqsədyönlü inkişafı qarşısına hədəf qoymayıb.

Onun sözlərinə görə, vəziyyət Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə dəyişib. "AKP-nin 18 illik idarəçiliyi altında Türkiyə bütün sahələrdə əhəmiyyətli nəticələrə nail oldu. Bu, xalqın hakimiyyətin siyasətinə verdiyi fəal dəstəyin və töhfənin nəticəsidir", - Türkiyə lideri deyib.

Prezident vurğulayıb ki, Türkiyə hakimiyyəti nailiyyətlərlə kifayətlənməyəcək, ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına çıxaracaq yeni böyük sərmayələr və layihələr planlaşdırır.

“Müasir Türkiyə iqtisadiyyatı süni intellektin inkişafına pay verildiyi yüksək texnologiyalara əsaslanan ölkədir. Bugünkü Türkiyə bəşəriyyət üçün yeni bir gələcəyin formalaşmasına töhfə verir”, - Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət rəhbəri qeyd edib ki, Türkiyənin düşmənləri ölkənin inkişafını əngəlləmək üçün istənilən vasitədən istifadə edirlər. “Ankaraya qarşı bütün mümkün metodlardan istifadə olunur, o cümlədən ölkə daxilindəki təxribatçılardan və terror təşkilatlarından. Ölkəmizin inkişafına və mövqeyinin möhkəmlənməsinə, qlobal gücə çevrilməsinə mane olanlar ilk növbədə Türkiyədə həyata keçirilən layihələri hədəfə alırlar”, - dövlət başçısı əlavə edib.

Xəbər 3657 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +