İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.02.2021  18:16 

Yanacağın keyfiyyət problemi: 85 faiz sürücü narazıdır





A+  A-

Azərbaycanda sürücülərin 85%-dən çoxu yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətindən narazıdır. Bu nəticələr Media Təhlil Mərkəzinin (MTM) 2021-ci il yanvarın 6-11-də keçirdiyi sorğu əsasında əldə edilib.
XəzərNews.az musavat.com-a istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 85,2%-i satılan yanacağın keyfiyyətindən narazı, 14,8%-i isə razıdır. "Hansı yanacaq növündən istifadə edirsiniz" sualına respondentlərin 65%-i AI -92, 18,5%-i AI-95 markalı benzindən, 13,4%-i dizel yanacağından istifadə etdiyini bildirib. AI-98 markalı benzindən cəmi 2,4%, maye qazdan isə 0,4% respondent istifadə edir.

Sorğuda iştirak edənlərin 43,9%-i aylıq yanacaq xərclərinin 100-200 manat, 25%-i 100 manat, 21,1%-i 200 manatdan 300 manatadək, 10%-i 300 manatdan çox olduğunu deyib.

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız AI-92 markalı benzin və dizel yanacağı istehsal olunur. AI-95 və AI-98 markalı benzin isə ölkəyə idxal edilir. AI-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının qərarına əsasən 2021-ci il yanvarın 5-dən etibarən AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Daha əvvəl AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,9 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,6 manat idi. 2020-ci ilin yekunları üzrə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 2 milyard 40,8 milyon manat (cari məzənnə ilə $1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Öncə onu bildirək ki, benzinin keyfiyyətinin aşağı olması məsələsi indiyə qədər bir neçə dəfə gündəmə gətirilib. Lakin rəsmi qurumlar bu məlumatları təkzib ediblər. Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı "Yeni Müsavat"a bildirib ki, yanacağın keyfiyyətindən narazıdır: "Yol polisi "təmiz hava" aylığı adı altında aksiya keçirirdi. Bu aksiyada saxlanılan sürücülərin 90 faizi deyirdi ki, avtomobilin zəhərli qazının miqdarının çox olması yanacaqla bağlıdır. Məsələn, yol polisi irad bildirir ki, sizin avtomobildən zəhərli qazın miqdarı çox çıxır, sürücü də cavab verir ki, yanacağın tərkibinə baxmaq lazımdır. Təbii ki, yol polisi yanacağın tərkibini yoxlamır. Ancaq biz bilirik ki, yanacağın tərkibi təmiz deyil. Bu, kimlərində qazanc məqsədilə yanaşdığı məsələdirsə, ən dəhşətlisi odur ki, ətraf mühitin çirklənməsində yanacağın keyfiyyətinin rolu böyükdür. Keyfiyyətsiz yanacaq ətraf mühiti çirkləndirir və bu da müxtəlif xəstəliklərə səbəb olur. Bütün bunlar hamının gözünün qarşısında baş verir. Aidiyyəti qurumlar yanacaqdoldurma məntəqələrinə nəzarət etmirlər. SOCAR-ın açıqlamasına görə, yanacağın keyfiyyətinin artırılması hələ 2022-23-cü illərdə baş tutacaq. Artıq sürücülər əzbər bilirlər ki, hansı yanacaqdoldurma məntəqəsi benzindən nə qədər kəsir və ya hansında yanacağın tərkibi daha çox çirklidir. Deməli, bunu sürücülər kimi müvafiq qurumlar da yaxşı bilirlər. Ancaq heç kim bunun üzərinə getmir. Ümid edirik ki, 2022-23-cü ildən sonra keyfiyyətin yaxşılaşmasını müşahidə edəcəyik. SOCAR dəfələrlə açıqlama verib ki, onlar yanacaqdoldurma məntəqələrinə qatqısız, standartlara uyğun yanacaq satırlar. Deməli, problemlər yanacaqdoldurma məntəqəsində yaradılır. Buna görə də ciddi nəzarət lazımdır".

"Yeni Müsavat"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlara 3 aydan bir benzinlə bağlı şikayətlər gəlir: "Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı bizə mütəmadi olmasa da, ara-sıra müraciətlər olur. Son 3-4 aydır ki, yazılı şikayət almamışam. Ancaq daha öncə mühərriki yanan, avtomobilinə zərər dəyən sürücülər bizə müraciət ediblər və məsələni qaldırmışıq. Yanacağın keyfiyyətində problem var. Ancaq müvafiq qurumlar məsələ ilə məşğul olmurlar".

İqtisadçı Natiq Cəfərli isə deyib ki, benzinin keyfiyyəti ilə bağlı sınaqlar da aparıb: "Pandemiyadan əvvəl avtomobilimin benzin çənini Gürcüstanda doldururdum və göstəricidə 620-625 kilometr göstərirdi. Azərbaycanda isə ən yaxşı halda 505-510 kilometr göstərib. Bunu dəfələrlə yoxlamışam və həmişə də eyni göstərici görünüb. Yəni bu, o deməkdir ki, Gürcüstanda benzin daha keyfiyyətlidir və artıqlar az olduğu üçün benzin yaxşı yanır, avtomobil daha uzun məsafəni qət edə bilir. Bunu mən demirəm, yapon maşını elektron mexanizm əsasında qeyd edir. Benzinin keyfiyyətsiz olması avtomobilin digər detallarını da zədələyir. Bu, söz yığımı deyil, yuxarıda da qeyd etdiyim kimi faktlar və rəqəmlərə söykənir".

Xəbər 1564 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +