Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


03.02.2021  12:10 

Dünyada peyvənd olunanların sayı yoluxanların sayını keçdi





A+  A-

Dünya üzrə 104 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub. Bu rəqəm pandemiyanın başlanğıcından etibarən koronavirusa yoluxanların sayından çoxdur.
XəzərNews.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri hökumət saytları, mətbuat konfransları, açıq bəyanatlar və bir sıra digər mənbələrdən topladığı statistika əsasında məlumat verib.

Agentliyin məlumatına görə, epidemiyanın başlanğıcından etibarən dünyada 103,8 milyondan çox insan koronavirusa yoluxub. ABŞ-da virusa yoluxanların sayı 26 milyonu keçib, Hindistanda bu rəqəm 10 milyon, Braziliyada isə 9 milyon səviyyəsindədir.

Eyni zamanda, 66 ölkədə insanlara tətbiq olunan peyvənd dozalarının sayı 104 milyonu ötüb.

Agentliyin məlumatına görə, dünyada hər gün təxminən 4.22 milyon doza peyvənd tətbiq olunur. Bununla belə nəşrin məlumatına görə, bu templə belə qlobal səviyyədə kollektiv immunitetin yaranması üçün illər lazım olacaq.

Xəbər 1540 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +