Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.02.2021  15:21 

AZAL-dan Laçın və ya Kəlbəcərdə tikiləcək aeroportla bağlı açıqlama





A+  A-

“Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq aeroportun tikintisi davam edir. Hava limanının uçuş-enmə zolağının bu ilin sonunadək istismara veriləcəyi gözlənilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə REAL TV-yə AZAL-ın vitse-prezidenti Etibar Hüseynov bildirib. O qeyd edib ki, hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır:

“Ali Baş Komandanın müvafiq tapşırığı ilə işğaldan azad olunan ərazilərdə bir sıra layihələr həyata keçirilir. Füzuli beynəlxalq hava limanının tikintisi də bu layihələrdən biridir. Layihəyə aerovağzal binası, uzunluğu 3 min, eni 45 metrlik asfalt-beton örtüklü uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün sahəsi 60 min kv metr olan perron və 6500 kv m yönəldici yol, giriş yolu və 120 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq yeri daxildir. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır. Müdafiə Nazirliyinin mexanizmləri ilə yanaşı Böyük Britaniyadan minaları zərərsizləşdirən unikal mexanizm də gətirilib”.

Etibar Hüseynovun sözlərinə görə, 250 min kv metr ərazi təmizlənən kimi uçuş-enmə zolağının tikintisini bu sahədə böyük təcrübəsi olan "AzVirt” MMC həyata keçirəcək: “Hazırda uçuş-enmə zolağının özülünün qoyulması üçün torpaq yataqları çıxarılır. Bundan sonra lazımi avadanlıqların alınması üçün xarici ölkələrlə müqavilələr bağlanıb. Naviqasiya, işıq-siqnal sistemləri, meteo avadanlıqları ilin sonuna qədər alınacaq və istismara veriləcək. Aeroportun tez zamanda istifadəyə verilməsi üçün iş gedir”.

AZAL rəsmisi həmçinin bildirib ki, aprel ayının sonunadək Laçın və ya Kəlbəcər ərazisində də beynəlxalq hava limanının tikintisi ilə bağlı layihələr həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri zamanı Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimində iştirak etmişdi.

Xəbər 1991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +