Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.02.2021  12:10 

Salınacaq nar bağlarının hər hektarına 5 min veriləcək





A+  A-

Dövlət deqradasiyaya uğramış və yaxud bonitet balı aşağı olan torpaqların əkin dövriyyəsinə qazandırılması məqsədilə 2021-ci ildə belə torpaqlarda salınan nar və zeytun bağlarına birdəfəlik əkin subsidiyası verəcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, belə torpaqlarda intensiv üsulla salınacaq nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat ödəniləcək.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, fermer yeni bağ üçün bir dəfəyə məxsus əkin subsidiyasını aşağıdakı 2 halda ala bilər:

1. Deqradasiyaya uğramış torpaqlarda salınacaq nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən sənəddə qeyd edilən məlumatlar mövcud deyilsə, bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış arayış müvafiq sənədə əlavə edilərək təqdim edilməlidir.

2. Bonitet balı aşağı olan torpaqlarda nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində bonitet balı 20-dən aşağı olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) “və sair”, “digər”, yaxud uqodiyası göstərilməyən sənədlər əsas alınacaq.

Birdəfəlik subsidiya üçün fermerlər 1 fevral – 31 may tarixləri aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq.

Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış olması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan bağlar tək əkin subsidiyası ala biləcək. Belə ki, birdəfəlik subsidiyadan əlavə intensiv bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası da ödəniləcək. 4 ildən sonra isə və ya ənənəvi bağlarda hər hektara görə fermer 240 manat subsidiya alacaq. Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra “Fermer Kartı”na köçürüləcək.

Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.

Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir.

Xəbər 1918 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +