Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.01.2021  12:37 

Abşeronda yeniyetmə atasını öldürdü





A+  A-

Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981-ci il təvəllüdlü kişi müalicə aldığı xəstəxanada ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən, cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunub) həmin gün saat 18:00 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.

Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1182 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +