Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


29.01.2021  15:11 

Gürcüstan əcnəbiləri bir şərtlə ölkəyə buraxacaq





A+  A-

“”COVID-19”a qarşı tam peyvənd kursunu keçmiş bütün əcnəbilər Gürcüstan ərazisinə buraxılacaq”.
XəzərNews.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava keçirdiyi brifinqdə bildirib.

Avropa Birliyi ölkələri, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin vətəndaşları və sakinləri də müəyyən güzəştlərlə ölkəyə daxil ola bilərlər. Belə ki, son 72 saat ərzində verdikləri mənfi bir PCR test nəticəsini təqdim etməlidirlər. Gürcüstanda olduqlarının üçüncü günündə təkrar testdən keçmələri tələb olunacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan 2020-ci il mart ayının sonunda bütün ölkələrlə uçuşlarını dayandırıb və mart ayının ortalarında quru sərhədlərini bağlayıb.

Ölkə rəhbərliyi fevralın 1-dən etibarən Gürcüstan və digər ölkələr arasında müntəzəm uçuşları bərpa etməyi planlaşdırır.

Xəbər 1344 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +