Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb
Hərbçilər Kupyanskda 14 ukraynalını geri aldı
Məşqçi faciəvi şəkildə vəfat etdi
Vahid Axundov vəfat etdi... - Prezident nekroloq imzaladı
Mikayıl Cabbarova yeni vəzifə verildi
İcra başçısının oğlu general-mayor oldu
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi
Prezident onlara rütbə verdi - Siyahı
RAMİZİN SÖZÜ - Sabir Rüstəmxanlı yazır...


20.12.2020  20:54 

İngiltərədə COVİD-in mutasiyaya uğramış yeni forması tapıldı - Ölkələr hərəkətə keçdi





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasına rast gəlindiyini elan edib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, ÜST-ün məlumatında koronavirusun mutasiyaya uğramış halının daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alındığını bildirib. Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib.

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da məlum deyil.

ÜST-ün xüsusi nümayəndəsi Devid Nabarro mutasiyaya uğramış yeni növün insan üçün çox böyük təhlükə olmadığını, ancaq yoluxma sürətinin daha güclü olduğunu deyib. Təşkilat İngiltərə hökuməti ilə sıx təmasda olduqlarını və yeni növlə bağlı daha çox məlumat əldə etdikdən sonra ictimaiyyətə açıqlayacaqlarını bildirib.

Britaniyanın Baş naziri Boris Conson deyib ki, koronavirusun yeni genetik variantı 70% daha çox yoluxucudur. Bununla belə, eksperlər yeni növün əvvəlki variantdan daha ölümcül olması ilə bağlı hər hansı sübut əldə edə bilməyiblər.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb. London əhalisi sərt karantin tədbirlərindən sonra kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Dünya dövlətləri də İngiltərədəki yeni təhlükəyə biganə qalmayıblar. Belə ki, Niderland, Fransa, İtaliya Britaniya gediş-gəlişi dayandırıb. Almaniya və İspaniya hökuməti isə Avropa İttifaqını Britaniya və CAR ilə əlaqələri dayandırmağa çağırıb.

Xəbər 3415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı

15.12.2025  10:18 

Bakı metrosunda problem yaranıb

15.12.2025  10:15 

Yumurta bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +