İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.12.2020  10:43 

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibə başa çatdı





A+  A-

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Namizədlər aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərlər: https://www.miq.edu.az/movzular.

Hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.

Xəbər 1393 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +