Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.11.2020  11:43 

Rəsmi Ankaradan Fransa Senatının qətnaməsinə reaksiya





A+  A-

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair tövsiyə xarakterli qətnamə layihəsinin qəbuluna münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Türkiyə XİN-in açıqlamasında bildirilir:

“Dünən Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn ən təməl prinsiplərinin, qanuniliyin və ədalətin daxili siyasət mülahizələri naminə heçə sayılmasının nümunəsidir.

Qərarda Türkiyəyə istinadən dilə gətirilən əsassız iddiaları rədd edirik. Fransa Senatının bu qərarı həm də həmsədrlər tərəfindən aparılmış ATƏT-in Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisidir.

Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Yuxarı Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi.

Əsasən, Azərbaycanın bu meydandakı nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması ciddiyə alınmayan gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir ağlabatan səbəb ilə izah edilə bilməyən bu qərar Fransanın məsələnin həllinə həqiqi mənada qatqı təmin etməsini də məhdudlaşdırır.

30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəkdir. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir.

Türkiyə bu münaqişənin həllini təmin edərək regional sülh və sabitliyə töhfə vermək üçün digər tərəfdaşları kimi Fransa ilə birlikdə çalışmağa hazırdır”.

Xəbər 1242 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +