“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


10.10.2020  14:46 

Bu dəfə şərtləri Azərbaycan müəyyən edir





A+  A-

Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində başlayan döyüşlər və ordumuzun düşmənə ağır zərbələri, bir sıra yaşayış məntəqələrin işğaldan azad etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinə və diplomatik müstəvidə Azərbaycanın böyük üstünlük əldə etməsinə gətirib çıxardı.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev ötən gün xalqa müraciətində Azərbaycanın qəti mövqeyini bir daha səsləndirdi, atəşkəsin və danışıqlar prosesinin bərpa olunması şərtlərini bəyan etdi.

Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsində verilən bəyanat və atəşkəsin elan olunması Azərbaycanın şərtləri nəzərə alınmaqla baş tutub. Elə 11 saat ərzində davamlı olaraq danışıqların aparılması da prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

Bir məsələni də nəzərə almaq lazımdır ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Ermənistan tərəfi bu hərbi əməliyyatlar zamanı böyük itkilərə məruz qalaraq heç zaman unuda bilməyəcəyi bir dərs aldı və Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Xarici işlər nazirlərinin görüşü nəticəsində verilmiş bəyanatın 4-cü bəndi də (Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər) bunu təsdiqləyir. Belə ki, Ermənistan tərəfinin danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq cəhdləri baş tutmadı və məcburi şəkildə Azərbaycanın şərtlərini qəbul edərək danışıqlar formatının dəyişilməzliyini təsdiq etdi.

Lakin hazırda elan olunmuş humanitar atəşkəs uzun müddət davam edə bilməz və münaqişənin Azərbaycanın qoyduğu şərtlər daxilində həlli ilə bağlı qəti addımlar atılmadığı halda hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

Ona görə də münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu bilməlidir ki, mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Çünki artıq təmas xətti deyilən anlayış yoxdur, status-kvo Azərbaycan tərəfindən dəyişdirildi və münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Bütün bunları nəzərə alaraq vasitəçilər bilməlidirlər ki, bu, Ermənistana verilən son şans idi. Vasitəçilər qətiyyətli addım atmalı və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir. Əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər və bu dəfə Ermənistanı heç kim xilas edə bilməyəcək.

Xəbər 2538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +