Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.09.2020  09:29 

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza





A+  A-

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza CNN telekanalına müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Hazırda sülh ehtimalını necə dəyərləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- 1994-cü ildə Qrabağ müharibəsinə son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi imzalandı. Bu gün vəziyyət həmin dövrdən tamamilə fərqlənir. ATƏT-in Minsk Qrupunun həmsədri olduğum illərdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev arasında prinsipcə bir razılıq mövcud idi. Lakin bu, bir neçə əsas faktlar çərçivəsində irəliyə doğru məntiqli çıxış yolu hesab olunurdu.

Ancaq, hələ də dəqiqləşdirilməsi vacib bəzi önəmli detallar var.

Ermənistanda "Məxməri" inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə normal münasibətlər quracağına və münaqişənin həlli istiqamətində irəliləyiş olacağına ümid vardı. Əslində, 2018-ci ildəki ilk görüşlərindən sonra hər iki lider birgə açıqlamasında xalqların sülh prosesinə hazırlanmasına ehtiyac olduğunu bildirdilər. "Məxməri" inqilabdan bəri Paşinyan öz ölkəsində siyasi təzyiq altına düşdü və inqilabla bağlı gözləntilərini doğrulda bilmədi və fikrini dəyişərək əvvəlcədən razılaşdırılmış prinsipləri dəstəkləmədiyini söylədi.

Ermənistan və Azərbaycan arasında mövcud gərginliyə gəldikdə, münaqişəni kimin başlatdığı, ilk atəşin hansı tərəfdən açdığı bilinmir, ancaq hər iki tərəfin ağır silahlardan istifadə etdiyi və zirehli texnikalarını təmas xətti boyu yerləşdirdiyi məlumdur. Sülhdən danışmaq hələ çox tezdir. Zənnimcə, döyüşlər ya Ermənistan Azərbaycanın hərbi əməliyyatlarının qarşısını alana kimi, ya da Azərbaycan geri qaytardığı ərazilərdə mövqelərini tam möhkəmlədənə qədər davam edəcəkdir.

- Cənub Qafqaz regionu, o cümlədən Dağlıq Qarabağ bir çox səbəblərdən hər zaman ABŞ-ın maraq dairəsində olub. Azərbaycandan, Dağlıq Qarabağ yaxınlığından Türkiyəyə, oradan da Avropaya doğru uzanan strateji infrastruktur var. Buraya, əsasən BP tərəfindən idarə olunan enerji, neft və qaz boru kəmərləri, eləcə də, dəmir yolu və avtomobil nəqliyyatı, Əfqanıstan müharibəsi baxımından ABŞ üçün etibarlı hava dəhlizi və onların fiber optik kabelləri daxildir.

Bütün bunları nəzərə alaraq ABŞ-ın regionda müəyyən maraqları olduqlarını deyə bilərik. Lakin Obamanın prezidentliyi dövründə olduğu kimi, Tramp hökuməti də bu gün Dağlıq Qarabağ münaqişəsinə o qədər də diqqət yetirmədiyi görünür. Açığı, düşünürəm ki, Qarabağ əsasən Buş hökumətinin diqqət mərkəzində olub. ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Mink Qrupunda boşluqlar görünür, onlar çox iş görə bilmirlər. Bu səbəbdən, hesab edirəm ki, indiki vəziyyətdə Ermənistanı dəstəkləyən Rusiya və “bir millət və iki dövlət”şüarı altında Azərbaycanı dəstəkləyən Türkiyə bu boşluğu doldura bilər.



Xəbər 4670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +