İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


29.09.2020  17:50 

“Ordumuzun muzdlu döyüşçüyə ehtiyacı yoxdur”





A+  A-

Xəbər verdiyimiz kimi, 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tuturlar. Bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədirlər.

Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlər Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında xüsusi yer alır.

Ermənistan bundan başqa Türkiyə ordusunun da əks-hücum əməliyyatlarında iştirakı haqda mif yaratmaq, dünya çapında həqiqətə uyğun olmayan fikirlər formalaşdırmağa müfəssəl olmaq istəyir. Düşmən ölkə media və sosial şəbəkələr üzərindən öz aqressiyasını açıq-aşkar ortaya qoyur. Türkiyənin müstəqil siyasətindən qıcıqlanan Ermənistan Cənubi Qafqazda mühüm geosiyasi oyunçulardan biri olmasına qarşı çıxan dövlətlərinin dəstəyini bu yolla qazanmağa çalışır.

XəzərNews.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun kifayət qədər gücü var və muzdlu döyüşçüyə ehtiyacı yoxdur:

“Ermənilər özləri Dağlıq Qarabağa həm Livandan eməni muzdlu döyüşçüləri, həm ASALA-nın tör-töküntülərini, həmçinin açıq-aşkar PKK-nın və DYP kimi terror təşkilatlarının nümayəndələrini gətiriblər. İşğal edilmiş ərazilərdə və Dağlıq Qarabağın özündə indiyə qədər sözün həqiqi mənasında, terrorçular meydan sulayırdı. İndi bunlar bu oyunu ortaya atmaqla, sanki öz günahlarını ört-basdır eləməyə çalışırlar. Həm də müasir döyüşün qaydalarına görə muzdlular havayı yerə ölkəyə gətirilmir. Fikrimcə, bizim ordumuza muzdlu dəstələr lazım deyil. Ordumuzda kifayət qədər adam var”.

Politoloq həmçinin əlavə edib ki, ordumuzda rezervistlər - ehtiyatda olan mükəlləfiyyətlilər də var və onların bir qismi orduya çağırılıb:

“Hazırda bunların bir qismi hərbi səfərbərliyə cəlb olunub. Bununla da, ordumuzun ehtimal edilən çatışmazlıqlarını bunun hesabına ödəyə bilərik. Qaldı Türkiyədən gəlmə ordu hissəsinə, bu da boş söhbətdir. Türkiyədən müəyyən qədər adam ola bilər ki, Naxçıvanda təlim verməklə məşğuldurlar. Azərbaycan ordusu Qarabağda bütün hərbi əməliyyatları təkbaşına aparır. Döyüşlər özünün uzun müddət hazırladığı, təlim keçmiş qüvvələr tərəfindən həyata keçirir. Bizdə bütün silah növlərini idarə edə biləcək və onu düşmənə yönəldə biləcək xüsusi təlim görmüş insanlarımız var və o insanlar vasitəsilə də bu döyüşlər həyata keçirilir. Bunların hamısı qarayaxmadır. Azərbaycan kənardan muzdlu gətirincə, o pulu başqa şeylərə, o cümlədən, silaha xərcləyə bilər. Azərbaycanın elə sahələrə pul xərcləməyə, kənardan muzdlu gətirməyə heç bir ehtiyacı yoxdur, bu kökündən yalandır. Ermənilər özlərində olanı böhtan kimi bizə atırlar. Azərbaycana dünyanın hər yerindən jurnalistlər ordusu gəlir və onlar döyüşə yaxın ərazilərdə müşahidə aparırlar. Orada azərbaycanlı döyüşçülərdən başqa heç kim yoxdur”.

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, son vaxtlar Ermənistanın belə bir varianta əl atması Ermənistanın gətirdiyi muzdlu, terror dəstələri haqqında artıq hər yerdə məlumatın yayılması ilə bağlıdır:

“Bunların öz orduları haqqında olan o mif get-gedə sınmaqdadır. Bunlar məqsədli şəkildə belə məlumat yayırlar ki, Azərbaycan ordusu tək olsaydı, bunlarla bacarmazdı. Guya, ona görə Azərbaycan Türkiyə və digərlərinə müraciət edir ki, onların qabağında dayana bilsinlər. Mən düşünürəm ki, bu dezinformasiyadır. Məqsədyönlü şəkildə insanların diqqətini yayındırmaq üçün atılan addımlardır. Çünki bunun kökü yoxdur. Biz bilirik ki, onlar dinc əhali adı altında ASALA-dan və digər terror dəstələrindən adamlar gətirib məskunlaşdırırlar. Əgər bizim barəmizdə belə bir fakt olsaydı, onlar çoxdan bunu açıqlamışdılar”.

Millət vəkili həmçinin bildirib ki, bu faktdır ki, biz öz ölkəmizdə antiterror əməliyyatı aparırıq:

“Ölkəmiz Ermənistan ərazisində hər hansı əməliyyat aparmır, ona görə də beynəlxalq qurumlar bizə hər hansı irad tuta bilməz. Onlar görürlər ki, beynəlxalq qurumlar Azərbaycanın haqq səsini tanıyır, ona görə belə bir yola əl atırlar”.

Xəbər 1964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +