Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.09.2020  12:49 

Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ!





A+  A-

Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla birdəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.
Əvvəllər məhsul haqda məlumat təkcə əməkdaşlıq olunan daşıyıcı şirkətin hesabında yaradılırdısa, artıq DGK-nın yaratdığı “Smart Customs” mobil tətbiqində də sifariş edən fiziki şəxs tərəfindən sadələşdirilmiş bəyannamə təqdim olunmalıdır.

XəzərNews.az xəbər verir ki, bu məsələyə Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandırarkən aydınlıq gətirib.

Komitə “Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?” sualına belə cavab verib:

““Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir”.

Əvvəllər vətəndaşın daşıyıcı şirkətə göndərdiyi bəyannamə sifariş etdiyi məhsullar haqqında məlumat xarakteri daşıyırdı. Bu, gömrük bəyannaməsi ilə əlaqəsi olmayan, sadəcə mal haqqında məlumat idi. Yeni qaydaların tətbiqindən sonra artıq vətəndaş həm də gömrük haqqında bəyannamə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdimedə bilərlər.

Qeyd edilir ki, 300 dollarlıq limit keçilməsə belə, fiziki şəxs hər bir halda sifariş etdiyi məhsulu bu tətbiq vasitəsilə bəyan etməlidir.

DGK-nın “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinə əsasən, “Smart Customs” mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, “Fərdi identifikasiya nömrəsi”ndən (FİN) də istifadə edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 305 saylı qərarı ilə fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni qərara görə, bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.



Xəbər 1847 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +