Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.09.2020  17:35 

XİN açıqlama yaydı





A+  A-

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq sentyabrın 9-u Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafisinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir.

Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.

Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındılar. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.

Təmas xətti boyunca yaşayan bir çox məktəblilər, rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan gördü, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də məhv edildi.

9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini vurğulayırıq. Eyni zamanda, bu əlamətdar günün məqsədinin həyata keçirilməsi kontekstində, bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulmasının son dərəcə vacibliyini vurğulayırıq.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir.

Xəbər 1701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +