Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.08.2020  11:37 

Azərbaycan reytinqdə gerilədi





A+  A-

Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra UEFA ölkələrin reytinq cədvəlini yeniləyib.
XəzərNews.az xəbər verir ki, "Neftçi"nin evdə Şimali Makedoniya “Şkupi”sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.

Ötən gün 25-ci pilləni ölkəmizə təhvil verən rumınlar Avropa Liqasında 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15,950-yə çatdırıb və yenidən əvvəlki mövqeyinə yüksəlib. Aktivində 15,875 xal olan Azərbaycan isə 26-cı sıraya düşüb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan “Qarabağ”ın Moldova “Şerif”i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.



Xəbər 3696 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +