İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.08.2020  15:28 

Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik





A+  A-

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Qafqazinfo”ya açıqlamasında Nazirlər Kabinetinin yeni qərarının elektron ticarəti məhdudlaşdırmağa yönəldiyini bildirib. O qeyd edib ki, qərarı iki cür şərh etmək olar: “Gömrük Komitəsi istəsə bunu belə formada şərh edə bilər, bir ay ərzində 1 dollarlıq mal gətirmisinizsə, həmin ay heç nə gətirə bilməzsiniz. Yəni qalan 299 dollarlıq mal gətirə bilməzsiniz. Hesab edin iki ay ərzində iki dəfə Gürcüstana konfransa getmisiniz, bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz. Ona görə də, bu çox biabırçı qərardır. Bu məqam əvvəlki dövrlərdə daha açıq şəkildə yazılmışdı. Bu dəfə elə yazılıb ki, iki cür anlaşılır. Bəlkə də qəsdən belə yazılıb”.

Ekspert əlavə edib ki, ölkədə bu cür qərarın qəbulunda maraqlı adamlar var:

“2015-ci ildə prezident öz fərmanı ilə fiziki şəxslər üçün rüsumsuz gətirilən malların məbləğini 10 min dollar müəyyənləşdirmişdi. Lakin sonradan hansısa maraqlı şəxslər bu fərmanı icra etməyə qoymadılar. Düşünürəm ki, əgər ölkədə yerli istehsal olsaydı, hökumət də yerli istehsalı düşünüb belə bir məhdudiyyət tətbiq edə bilərdi. Amma yerli istehsal, misal üçün telefon, tekstil və s. burada istehsal olunmur. Bunu xaricdən gətirməyə qoymamaq ölkədə istehsalı qorumaq yox, hansısa böyü idxalçını qorumaqdır. Bu qərar yerli istehsalı qorumağa yönəlməyib”, - Osman Gündüz qeyd edib.

Mütəxəssis hesab edir ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.

Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.

Xəbər 2210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +