Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


04.07.2020  14:39 

Dünya çempionu “Fiorentina“nın baş məşqçisi olacaq





A+  A-

İtaliyanın "Fiorentina" klubunda baş məşqçi dəyişikliyi reallaşacaq.
XəzərNews.az "Sky Sport"a istinadən xəbər verir ki, "Roma" klubunun sabiq futbolçusu Daniele De Rossi komandanın sükanı arxasına keçəcək.

Karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək. O, növbəti mövsümdən etibarən işə başlayacaq.

Qeyd edək ki, Daniele De Rossi 2001 - 2019-cu illərdə "Roma"da çıxış edib. O, son olaraq Argentinanın "Boka Xuniors" komandasında oynayıb. Keçmiş yarımmüdafiəçi "Roma" ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb. De Rossi 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub.

Xəbər 3751 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +