Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


24.06.2020  16:38 

COVID-19 digər pnevmoniyadan nə ilə fərqlənir?





A+  A-

“Bir müddətdir ki, COVID-19 pnevmoniyasının radioloji müayinələrini aparırıq. Pasiyentlərimiz sırasında hamilələr, uşaqlar, travmalı xəstələr, hətta appendisit diaqnozu ilə əməliyyata alınan pasiyentimiz oldu. İstər diaqnostik, istər prognostik baxımdan düzgün dəyərləndirmə vacibdir”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova sosial şəbəkədə paylaşıb.

Xəstəliyin standart göstəriciləri ilə yanaşı, fərqli dinamikaları ilə rastlaşdıqlarını bildirib. Öz müşahidələrinin elmi-statistik təhlilini aparan həkim faydalı olacaq bəzi nəticələri bölüşüb:

“Zənnimcə, bu istiqamətdə ən təzadlı məqam bəzi hallarda kliniki və radioloji görüntülərin uyğunsuzluğu oldu (kliniki simptomatikanın zəif olduğu ifadəli radioloji görüntülər, tam asimptomatik xəstədə tipik görüntü ilə yanaşı ağciyər parenximasında izlənilən konsolidasiya və s.). Müşahidələrimizin statistik təhlili göstərdi ki, qadınlarda bu xəstəliyə yoluxma sayı və ağırlıq dərəcəsi kişilərə nisbətən daha yüksək hədlərdə olur - 55% üstünlüklə(p.s. statistik təhlil dar çərçivədə aparılıb). Pasiyentlərin 80%-ə qədərinin yaş həddi 60 və daha yuxarı olan şəxslərdir”.

M. Sultanova ən çox soruşulan suallardan olan pnevmoniyanın digərlərindən fərqinin nə olması məsələsinə də belə aydınlıq gətirib:

“Bakterial pnevmoniyalardan fərqli olaraq COVID-19 pnevmoniyalarında proses daha çox hər iki ağciyəri zədələməklə bilateral xarakter daşıyır, aşağı paylarda daha çok lokallaşır, plevral maye və kavitasiyalara (boşluqlara) daha az rast gəlinir. Ayrıca, COVID-19 pnevmoniyasında divararalığında böyümüş limfa düyünlərinə nadir hallarda rast gəlinir”.

Həkim son olaraq bildirib ki, COVID-19 pnevmoniyasından sağalan xəstələrdə ağciyərdə qalıq əlamətlərinin olub olmayacağı ilə bağlı fikir söyləmək hazırda tezdir:

“Xəstəlikdən yalnız 1 il sonra çəkilmiş KT filmlərində qalıq əlamətləri haqqında fikir söyləmək olar. Bəzi tədqiqatlarda koronavirus pnevmoniyasından sonra ağciyərlərdə fibroz ola biləcəyi söylənilir. Ya da, pnevmosklerozun qala biləcəyi deyilir ki, bu da gələcəkdə sağlamlığımız üçün əngəl törətməyəcək. Pandemiya tarixi yaşayırıq. Qorunaq, qoruyaq və bu günləri az itki ilə geridə qoyaq”.

Xəbər 864 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +