Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


02.06.2020  09:27 

“Bu, insanlıq qarşısında cinayətdir” - Tramp





A+  A-

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə baş qaldıran etiraz aksiyaları daxili terrordur.
XəzərNews.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Burada, ölkənin paytaxtında polis məntəqəsi ələ keçirilmişdi, Linkoln Memorialı və İkinci Dünya müharibəsi memorialı vandalizmə məruz qalıblar. Bizim ən əsas tarixi kilsələrimizdən biri yandırılıb. Kaliforniyada zabit və hüquq mühafizə orqanlarının afroamerikalı qəhrəmanı güllələnib və öldürülüblər. Bu, dinc etiraz aksiyaları deyil, bu, daxili terror aktlarıdır, günahsız həyatların məhv edilməsi və günahsız qanın axıdılması – bu, insanlıq qarşısında cinayətdir”, - Ağ Evdə çıxış edən Tramp bildirib.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürüyüb, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.



Xəbər 3277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +