Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


28.05.2020  10:18 

Daha 30 vətəndaşımız Gürcüstandan Azərbaycana təxliyyə olundu





A+  A-

Azərbaycan Prezidentinin tapşırığına və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın dünyada yayılan koronavirusa yoluxmasından mümkün qorunması məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyi mütəmadi olaraq onların təxliyyəsini həyata keçirir.
XəzərNews.az "AzərTAc"a istinadən xəbər verir ki, mayın 27-də daha 30 vətəndaşımızın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana qayıdışı təmin olunub. Onlardan 17 nəfəri Hindistanın müxtəlif şəhərlərindən gələn, 13 nəfər isə Gürcüstan ərazisində sağlıq durumu, təhsil və digər məsələlər ilə əlaqədar qalmış vətəndaşlarımızdır.

Hindistandan gələn vətəndaşlarımız Gürcüstan ərazisində qalmadan, səfirliyin təşkil etdiyi avtobuslarla birbaşa sərhədə gətirilib. Oradan isə onların Azərbaycana təxliyyəsi təmin edilib.

Qeyd edək ki, 2020-ci ilin mart ayının 13-dən indiyədək Gürcüstan-Türkiyə sərhədindən 223, Gürcüstan-Rusiya sərhədindən 1, Gürcüstanın Kutaisi hava limanından 7 və Tbilisi hava limanından 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Gürcüstan ərazisi vasitəsi ilə təxliyyə olunub. Həmçinin daha 20 vətəndaşımızın Gürcüstanın müxtəlif regionlarından patrul maşınlarının müşayiəti ilə təxliyyəsi həyata keçirilib.

Martın 14-dən aprelin 5-dək Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız üçün dəhliz yaradılıb və həmin dəhliz vasitəsi ilə yüzlərlə vətəndaşımızın geri qayıtması təmin olunub. Həmçinin Gürcüstan-Azərbaycan sərhədi bağlandıqdan sonra ölkəyə qayıtmaq üçün səfirliyə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycanda daimi və ya müvəqqəti yaşamağa icazəsi olan Gürcüstan və digər ölkələrin Gürcüstan ərazisindəki vətəndaşların qeydiyyatı aparılmaqdadır. Səfirlik bu məsələni daim diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyyəsi həyata keçiriləcək.



Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +