“Bağçaların açılması bu mərhələdə gözlənilmir”
Bu obyektlər ciddi nəzarətə götürüləcək
Dövlət qurumları tam heyətlə işə çıxacaq
Kafe-restoranların iş saatı uzadıldı
“Mall”lar bu tarixdən açılır
DİN it döyüşdürənlərin fotosunu yaydı
Hava narahatlıq yarada bilər
DİM TOEFL imtahanı keçirəcək
Qonşusunun evindən qızıl oğurladı
Dünyanın ən yaşlı kişisi vəfat etdi


23.05.2020  18:45 

“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq





A+  A-

"Azəriqaz" İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.

Bildirilib ki, bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı "Azəriqaz" İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlaya bilərlər.

“Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verdiyimiz kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31 tarixlərində Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək. Bir daha xatırladırıq ki, bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi”,- “Azəriqaz”dan bildirilib.

Xəbər 384 dəfə oxunub.



29.05.2020  17:49 

“Mall”lar bu tarixdən açılır

29.05.2020  15:46 

Hava narahatlıq yarada bilər

29.05.2020  15:12 

DİM TOEFL imtahanı keçirəcək

29.05.2020  10:43 

Muradla Handenin toyu olacaq


BÜTÜN XƏBƏRLƏR +