Koronavirusla bağlı testlərin SAYI
DİM ödənişsiz sınaq imtahanları keçirib
Gəncədə narkotacir saxlanıldı
Rusiyada koronavirusla bağlı son vəziyyət
Azərbaycan nefti bahalaşdı
Sabahın HAVA PROQNOZU
Gücləndirilmiş dezinfeksiya aparılacaq
1200 kq narkotik vasitə məhv edildi
“Dərs vaxtı“nın iyunun 8-nə olan CƏDVƏLİ
Maşınla icazəsiz çıxanlar cəzalandırılır


15.05.2020  09:43 

Tutulan generala bu maddələrlə cinayət işi açılıb





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha 3 vəzifəli şəxsin saxlanıldığı bildirilir. İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçılar olduğu bildirilir.

Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir.

Xəbər 817 dəfə oxunub.




06.06.2020  16:11 

Gəncədə narkotacir saxlanıldı

06.06.2020  15:09 

Azərbaycan nefti bahalaşdı

06.06.2020  14:52 

Sabahın HAVA PROQNOZU

06.06.2020  10:34 

Türkiyə şəhid verdi

05.06.2020  16:19 

Neft 41 dolları ötdü


BÜTÜN XƏBƏRLƏR +