Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


09.05.2020  13:42 

DTX-nin saxladığı rəis müğənnilərə bu şərti qoyubmuş





A+  A-

Rəsmi açıqlanmasa da, ilkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib.

Qarşılığında isə onlara şərt qoyub. Belə ki, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş.

Bildirək ki, bu təkliflə razılaşan tanınmış simalar da az deyil, onların arasında artıq vəzifəyə təyin olunmuşlar da var.

Məlum olub ki, C. Məlikov hesabatlarında təmirə ayrılan maliyyənin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün nazirlikdə əməliyyat aparılan zamanı nazir Əbülfəs Qarayev də binada olub. C. Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətovun da saxlanıldığı bildirilir.

Xəbər 3461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +