Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.05.2020  13:19 

Polis “təhqiqat” aparır, prokurorluq susur





A+  A-

Dövlətlə vətəndaş arasında vətəndaşlıq bağlarının qırılma səbəbləri müxtəlif ola bilər. Sual olunur: vətəndaş daha çox hansı halda dövlətdən, əslində isə mövcud hakimiyyətdən narazı qalır? İlk öncə dövlət qurumlarından özünə sayğısızlıq hiss etdikdə. Məhz, dövlət qurumlarının sayğısızlığı səbəbindən vətəndaş öz qanuni haqqına sahiblənə bilmir, qeyr-ixtiyari (gerçəkdə isə) “məcbur edilərək” narazı kəsimin sıralarına əlavə say artımı yaradır. Təbii ki, vətəndaşı öz dövlətindən (mövcud hakimiyyətdən) narazı salan səbəblər artdıqca bu hal daha da geniş vüsət alacaqdır. Diqqət edin, hansısa vətəndaşın illərdir haqqı tapdanır, səsi eşidilməz olur: müraciət etdiyi ünvanların sayğısızlığı, biganəliyi bu insanda hansı halları yaratmalıdır ki? İlk öncə, güvənsizlik. Bu zaman vətəndaş haqlı olaraq onu dövlət adına süründürən dövlət qurumlarından (əslində isə, birbaşa olaraq dövlətin özündən) güvənsiz olduğunu biləcək, onu yönəldənlərə qarşı daxilində, hətta istəməsə belə, bir inamsızlıq yaranacaq. Bir insanı etirazçı zümrənin sıralarına qatmaq, hətta onu üsyançı səviyyəsinə qaldırmaq budur və ayrı da adı yoxdur. Bu cür vətəndaşlar, sizcə, necə addım atmalıdırlar? Özlərini ay-ulduzlu üçrəngli bayrağa bürüyüb “biz bu dövləti, bu vətəni, bu hökuməti, onun məmurlarını dəlicəsinə sevirik”,- deyə hayqırmalıdırlarmı? Edə bilməzlər, çünki ən adi vətəndaşlıq hüququnu gerçəkləşdirə bilməyən vətəndaş dövlətin heç bir atributunu səmimi olaraq sevməyəcək və gəlin, özümüzü aldatmayaq.
Bir vətəndaş şikayətinin “izi” ilə neçə aydır ki, müraciət etdiyim ünvanlardan gördüyüm sayğısızlıq şəxsən məndə belə bir qənaət yaratdı ki, sanki haqq var, amma divan yoxdur!
22.11.2019-cu il tarixdə redaksiyamızın elektron poçtuna Masallı r-n Boradigah qəs. sakini Ağasadıq Hüseynovun müraciəti (həmçinin, Masallı r-n RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Talıbov tərəfindən çıxarılmış 16 dekabr 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar) daxil olur. A.Hüseynov müraciətində qeyd edir ki, Lənkəran r-n Zövlə kənd sakini Tələt Novruz oğlu Cabbarov onun oğlu Elgün Hüseynovun etibarından sui-istifadə edərək, 12.04.2018-ci tarixdə 23 100 (iyirmi üç min yüz) AZN dəyərində 12 baş ətlik üçün nəzərdə tutulmuş iribuynuzlu mal-qarasını aparmış, lakin bugünki günədək həmin məbləği qaytarmamışdır.

A.Hüseynov daha sonra qeyd edir ki, 03.12.2018-ci il tarixdə bununla bağlı Masallı r-n prokurorluğuna “Ərizə” ilə müraciət ünvanlayaraq, əsil həqiqətin ortaya çıxması üçün ədalətli araşdırılma aparılmasını xahiş edir. “Ərizə” araşdırılmaq məqsədi ilə Masallı RPŞ-yə göndərilir, orada TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Talıbovun icraatına verilir, o, araşdırma apararaq 16 dekabr 2018-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edir.

A.Hüseynov müraciətində Qərarın surətini 11 aydan sonra – 12 noyabr 2019-cu ildə (özləri müraciət etdikdən sonra) onlara verilməsini, eyni zamanda, düzgün təhqiqat aparılmadığını, bununla da kobud qanun pozuntusuna yol verildiyini iddia edərək, polis kapitanı Z.Talıbovun imzası ilə təsdiqlənən “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarı qanunsuz, əsassız və ədalətsiz adlandırır, bu məsələni mətbuatda ictimailəşdirilməyi bizdən xahiş edir.

Biz, A.Hüseynovun müraciəti və “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarla tanış olduqdan sonra jurnalist təhqiqatı aparmaq qərarına gəldik. Təhqiqat zamanı məsələnin əsil mahiyyətinin hansı nöqtədə “düyünləndiyini” (polis kapitanı Z.Talıbovdan fərqli olaraq) müəyyənləşdirərək, araşdırılması üçün 12.12.2019-cu il tarixdə Masallı r-n prokuroru A. Novruzova ünvanladıq. (Müraciətimiz 20.12.2019-cu ildə ünvanına çatmışdır). Biz məsələni ictimailəşdirmədik və ümid etdik ki, rayon prokurorluğu bu işin ədalətli həllinə qərar verməklə, faktiki dələduzluq əməli şübhə doğurmayan T.Cabbarovun hərəkətlərinə obyektiv hüquqi qiymət verəcəkdir. Lakin bu günədək rayon prokurorluğundan heç bir reaksiya olmadı.

Masallı p-n prokurorluğunun susqunluğu, məsələyə biganə mövqe sərgiləməsi belə rəy formalaşdırdı ki, sanki burada hüquq-mühafizə orqanları cinayət tərkibli işi məqsədli şəkildə ört-basdır etmək istəyir. Bunu aparılan təhqiqat işinin qeyri-peşəkarlığı - əsil şahidlərin dindirilməməsi, qəbul edilən Qərarın 11 aydan sonra xahiş-minnətlə verilməsi, ətraf rayonların hüquq-mühafizə orqanlarında oxşar (xüsusən də Boradigah PB-də yazılı və ya şifahi) şikayət ərizələrinin olub-olmamasının təhqiqat zamanı araşdırılmaması, dələduzluq faktının açıq şəkildə ortalıqda olmasına baxmayaraq, buna göz yumulması və s. həqiqətən də bu işdə bir çox şübhəli məqamların mövcudluğunu isbatlayır.

Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talılbovun imzaladığı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın məzmununu ümumiləşdirərək 26.02.2020-ci il tarixdə fikrimizi müraciət formasında o zamankı baş prokuror Z.Qaralova və daxili işlər naziri V.Eyvazova ünvanladıq, işə yenidən baxılmasına, daha ədalətli araşdırılma aparılmasına ümid etdik. Ən kiçik detallarla diqqətə çatdırmağa çalışdıq ki, təhqiqatçı – polis kapitanı Z.Talıbovun imzaladığı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarda əks olunan “Ağasadıq və Elgün Hüseynovların izahatlarında göstərilən bütün xüsusatlar, irəli sürdükləri tələblər mülki xarakterlidir” ifadəsi ilkin qənaətimizə görə, həqiqəti əks etdirmir və burada cinayət izlərinin açıq-aydın görünməsinə baxmayaraq, bu işə sadəcə, ötəri “nəzər” salınıb və... məqsədli şəkildə qapadılıb. Bu, Qərarın ümumi məzmunundan da hiss olunur... Amma təəssüflər olsun ki, bu günədək Masallı r-n prokurorluğundan heç bir reaksiya yoxdur. Sanki belə də olmalıdır. Bunun isə bircə adı var: vətəndaşa sayğısızlıq, onu məqsədli şəkildə dövlətdən, onu yönəldənlərdən narazı salmaq! Vətəndaşın üst qurumlara inamsızlığı, məhz belə yaranır.

Biz, jurnalist təhqiqatı apararkən T.Cabbarovla bağlı kifayət qədər ilginc məlumatlar əldə edə bildik. Amma onun öz “qurbanlarını” özünəməxsus qaydada susdurmağa müvəffəq olması bizə təəccüblü görünmədi. Bugünkü real həyat gerçəkliyində bu sayaq şəxslərin kifayət qədər olması danılmazdır və həqiqətdir. Hələ ki, T.Cabbarov nə birincidir, nə də sonuncu. Belələrinin bir qismi layiq olduqları yerdə, bir qismi də təəssüflər olsun ki, hansısa gizli “əl”(lər)in himayəsində yeni-yeni qurbanların axtarışındadır. “Ləpirləri” qaranlıqda belə aydın görünən bu cür adamları hansı “şərtlərin” müqabilində kimlərinsə “himayə” etməsi, əsla, anlaşılan deyil...

Bütün baş verənləri ümumiləşdirərkən belə bir təəssürat yaranır ki, sanki Masallı rayon prokurorluğu Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talıbovun bəsit formada tərtib etdiyi, bəzən nöqtəsi ilə vergülünün belə yeri bilinmədiyi “Qərar”ını ləğv etməyə, təkrar (həm də ədalətli) istintaq aparılmasına göstəriş verməyə gücü yetmir. Belədirsə, o zaman adam neyləsin: bu vaqeəyə ağlasın, yoxsa gülsün? Bumu qanun, bumu dövlətin hüquq-mühafizə Sistemi? Məqsədiniz nədir? Vətəndaş(lar)ı dövlətdən, dövlət hakimiyyətindən narazı salmaqmı? Təəssüf və təəssüf...
Əlbəttə, haqq nə zamansa öz yerini mütləq tutacaq – bir gün tez və ya bir gün gec. Bu gün bu, bəlkə də reallıqda bir xəyal olsa da, sabah bu real həqiqət olacaq, mütləq olacaq!


Vasif Hüseynov




Xəbər 16945 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +