Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.04.2020  11:07 

Nazirlikdən birdəfəlik ödəmə ala bilməyənlərə xəbərdarlıq





A+  A-

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
XəzərNews.az xəbər verir ki, bununla bağlı suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, müraciətlərdə nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur:

"Bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir. Bununla bağlı bildirirəm ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.

Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir”.

Nazirlik rəsmisinin sözlərinə görə, qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər:

"Həmçinin qeyd etmək istəyirəm ki, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”.

Xəbər 1211 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +