Qatarların hərəkət qrafiki dəyişdirildi
Bu gün axşamdan metro bağlanır
DİN-dən xəbərdarlıq - Evdən çıxmayın!
Koronavirusun daha bir yeni əlaməti açıqlandı
DSX düşmən təxribatının qarşısını aldı
İmkansız vətəndaşlara yardım ediləcək
Yalnız bu halda evdən çıxa bilərsiniz
Çağırış müddəti mayın 31-dək uzadıldı
Sarıkökün orqanizm üçün faydaları
Neft 20 dollara düşdü


27.03.2020  13:11 

11 201 avtomobil postlardan geri qaytarılıb





A+  A-

Martın 19-dan tətbiq edilən ilk məhdudlaşdımadan sonra postlardan bölgələr istiqamətinə 7545 rayon qeydiyyatlı avtomobil geri qaytarılıb.
XəzərNews.az məlumat verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə müdirinin sözlərinə görə, 24 martdan Bakıya giriş-çıxışa da qadağa qoyulduğu vaxtdan 3656 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qayatrılıb:

“Ümumilikdə 11 201 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb ki, bu da təəssüfedicidir. Və insanalrın xüsusi karantin rejiminə əməl etmədiyinin göstəricisidir. İnsanlar başa düşümürlər ki, qadağa qoyulubsa, bu, hər bir vətəndaş üçün, xalq üçündür. Ona görə də hamı qaydalara riayət etməlidir”.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.



Xəbər 650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2020  17:11 

Bu gün axşamdan metro bağlanır

31.03.2020  11:46 

Koronavirus onları ayırdı...

30.03.2020  17:50 

Dolların sabaha olan MƏZƏNNƏSİ

30.03.2020  11:18 

Neft 20 dollara düşdü

29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus


BÜTÜN XƏBƏRLƏR +